ÜZƏRİNƏ DÜŞMƏK
ÜZÜ AÇILMAQ
OBASTAN VİKİ
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Üzr videosu
Üzr videosu — məşhur birinin ictimai tənqid və ya əks reaksiyadan sonra üzr istədiyi video. İnternet məşhurlarının üzr istəməsi və ya tənqid və ya əks reaksiyaya video şəklində cavab verməsi adi haldır. Xüsusilə YouTuberlərdən üzrxahlıq videoları bir janr kimi təsvir edilmişdir və platformada mem olmuşdur. Onların əksəriyyəti izləyicilərin rəğbətini qazanmaq üçün məqsədyönlü şəkildə təşkil edilir. Üzrxahlıq videosunu çəkən şəxslər izləyicilərinə uyğunluq, orijinallıq və ya səmimilik göstərmək üçün makiyaj etməməyi, saçlarını səliqəsizləşdirməyi və ya ağlayırmış kimi davranmağı seçə bilər. Xüsusilə videonun əvvəlində məcburi ah çəkmə də tez-tez olur. Çəkiliş yeri ilə əlaqədar olaraq, çoxları videolarında hər hansı bir zənginlik göstərməkdən qaçmaq və daha orijinal görünüş və hiss yaratmaq üçün zəif və ya təbii işıqlandırmadan istifadə etmək istəyə bilər. Bununla üzrxahlıq videosunu çəkən şəxs zəiflik nümayiş etdirmək və auditoriyası ilə arasındakı güvən səviyyəsini artırmaq istəyir. YouTube-da üzr videolarının uzunluğu bir dəqiqədən bir saata qədər dəyişir və adətən qeyri-müəyyən adlandırılır. Bu videoların miniatürü adətən sözügedən YouTube istifadəçisini minimal və ya heç makiyajsız halda səmimi, gözləri yaşla dolu bir ifadə ilə göstərir.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.
Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
Ölümcül günah
Ölümcül günah — Xristianlıqda, tövbə edilməzsə ruhun xilas edilməsini itirməsinə səbəb olan ağır günahdır. Bu termin, ağır və adi günahları fərqləndirən inancın inkişaf etdirildiyi katolik ilahiyyatında geniş istifadə olunur. Eynilə, bu termin bəzi qeyri-katolik kilsələrində, o cümlədən pravoslavlıqda da istifadə olunur. Ancaq orada ölümcül günahın dəqiq bir katolik doktrinasında yer alan belə bir tərifi yoxdur. Pravoslavlıqda səkkiz, katoliklikdə isə yeddi ölümcül günahdan ibarət sistem qəbul edilir. Katolik Kilsəsinin ölümcül günahla bağlı rəsmi təlimi (və onun adi günahlardan fərqləri) dogmatik olaraq müəyyən edilmişdir, yəni katoliklər üçün imanın məcburi elementidir. Bu, Tredent Kafedralı (lat. Tridentum) tərəfindən elan edilir. Müasir dövrdə bu, Papa II İohann Pavelin "Barış və Tövbə" (lat. Reconciliatio et Paenitentia) Apostol Müraciətində təkrarlanır, burada Tredent Kafedralının tərifindən sonra ölümcül günahın tərifi belə ifadə edilir: "Ölümcül günah odur ki, ciddi materiya (vacib məsələlərə) aiddir və bundan əlavə, tam şüurla və tam razılıqla törədilib".
İlk günah
İlk günah — Adəm və Həvvanın cənnətdə törətdiyi günah, xristian ilahiyyatının və fəlsəfəsinin çox önəmli mövzusu. Yaradılış kitabının 3-cü fəslində ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. Aydın Əlizadə (2007).
Əz-Zahir
Əz-Zahir (ər. الظاهر) — Allahın adlarından biri.
Əz-Zəqaziq
Əz-Zəqaziq (ərəb. الزقازيق‎) — Misirdə şəhər, əş-Şərqiyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 383.703 nəfərdir (2017).
Yeddi ölümcül günah
Yeddi ölümcül günah — Xristianlıq inanclarına görə Yeddi böyük günah, Əsas günahlar, Kardinal günahlar kimi də tanınan, Roma-Katolik kilsəsinin yanaşmaları əsasında Papa I Qriqori tərəfindən hazırlanmış və insanların həyatı boyunca yayınmalı olduğu yeddi əsas günahdır. Yeddi ölümcül günahdan Əhdi-Cədidin qalatiyalılardan bəhs edən bölməsində Yeddi Şeytani hərəkət kimi bəhs olunur. Dante Aligyeri yazdığı "İlahi komediya" əsərində tez-tez Yeddi ölümcül günah məsələsinə toxunmuşdu. Bu günahların latınca adlarının ilk hərflərindən meydana gələn SALİGİA sözü Yeddi ölümcül günahın digər adıdır. Yeddi ölümcül günaha aşağıdakılar daxildir: Superbia (ing. pride): qürur, özündən razı olmaq. Avaritia (ing. greed): acgözlük. Luxuria (ing. lust): şəhvət düşkünlüyü.
Günah ulduzlarımızdadır (film)
Günah ulduzlarımızdadır (ing. The Fault in Our Stars) — 2014-cü ildə ABŞ yazıçısı Con Qrinin eyniadlı əsəri əsasında rejissor Coş Bun tərəfindən çəkilmiş dram və melodram janrlı film == Məzmun == 16 yaşlı Hazel Qreys Lançester 3 ildir tiroid xərçəngindən əziyyət çəkir. Xəstəlik artıq ağciyərlərinədə yayıldığı üçün həmişə yanında oksigen balonu gəzdirir. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaradılmış dəstək qurupunda seanslara gedərkən Aqustus Vaters adlı gənc bir oğlanla tanış olur. O da bir vaxtlar beyin şişi xəstəliyindən müalicə almış və ayağının birini itirmişdir. Bu iki cütlük bir müddətdən sonra bir-birlərinə aşıq olurlar. Xəstəliyə görə xəstəxanada yatan Hazelin yanından heç ayrılmayan Auqustus onun həmişə iştəmiş olduğu arzusunu reallaşdırmaq üçün onunla birgə səyahətə çıxır. Məqsəd isə, Amsterdama gedərək Hazelin ən çox sevdiyi yazıçı Piter van Houteni tapmaqdır. == Rollarda == Şeylin Vudli — Hazel Qreys Lankaster Lili Kenna — Hazelin uşaqlığı Ansel Elqort — Aqustus Vaters Nat Volff — İsaak, Aqustusun görmə qüsurlu dostu Laura Dern — Frenni Lankaster, Hazelin anası Sem Trammel — Maykl Lankaster, Hazelin atası Uilyam Dafoe — Piter van Houten Lotte Verbik — Lidewic Vlieqenthart, Piterin assistantı Mayk Birbiqlia — Patrik Emili Piçer — Monika Emili Biç — Monikanın anası Karole Veyers (səs) — Enn Frank == Premyerası == Filmin premyerası 2014-cü ilin 2 iyun tarixində 300-dən artıq qonağın iştirakı ilə Nyu-Yorkun Ziegfeld teatrında baş tutdu. Kitabın müəllifi Qrin veriyi açıqlamasında bildirib: "Mən kitabın ekranlaşdırılmasına icazə vermək istəmədim.
Deyr əz-Zövr
Deyr əz-Zövr (ərəb. دير الزور‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Deyr əz-Zövr vilayətinin inzibati mərkəzi idi.
Fatimə əz-Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fəqarət-əz-Zua
Fəqarət-əz-Zua (ərəb. فقارة الزاوية‎) — Əlcəzairin cənub-mərkəz hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. İn-Salah dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1030 kilometr cənubda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 301 metrdir. Fəqarət-əz-Zua kommunası İn-Salah, Abalessa, İn-Amgel və İdles kommunaları, həmçinin Qardaya və İllizi vilayətlərinin əraziləri ilə həmsərhəddir. Sahəsi 61,313 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 25 °C-dir.
Sahib əz-Zaman
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
Əbülqasım əz-Zəhravi
Əbülqasım Həlaf ibn Abbas əz-Zəhravi,və ya Əbulqasıs (ərəb. أبو القاسم الزهراوي‎; 936[…], Mədinə əz-Zəhra, Əndəlüs – 1013[…], Kordova, Əndəlüs) — Əndəlusdan olan ərəb həkim və alim (müasir İspaniya ərazisində). Kordova xəlifəsi II Əl-Hakamın saray həkimi olmuşdur. Əbulqasıs cərrahiyyə, tibb, oftalmologiya, ortopediya, farmakologiya, odontologiya, qidalanma və s. fəsillərindən ibarət 30 cildlik "əl-Təsrif" əsərini yazdı. XII əsrdə "əl-Təsrif" latın dilinə tərcümə edildi və Kremonyalı Qerard tərəfindən illüstrasiya edilmişdir. XIV əsrdə fransız həkim Qi de Şoliak 200 dəfədən çox sitat gətirdi. Əbulqasıs sidik kanalını araşdırmaq, yemək borusundan yad cisimləri çıxarmaq, qulağı araşdırmaq üçün xüsusi bir alət icad etdi. Usamah Demeisi: Zur Geschichte der Erforschung von Leben und Werk des Abu l-Qāsim az-Zahrāwī (um 936 — um 1013) : unter besonderer Berücksichtigung der Zahnheilkunde. Berlin 1999.
Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Mədinə əz-Zəhra
Mədinə əz-Zəhra (ərəb. ‎الزارمدينن الالزهران "Madīnat al-Zahrā; isp. La ciudad brillante — "parlayan şəhər") — İspaniyanın Syerra-Morena dağ silsiləsində, Kordova şəhərindən 8 kilometr qərbdə yerləşən, xəlifə III Əbdürrəhmanın əmri ilə X əsrdə inşa edilmiş saray-şəhər. 2018-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. 1923-cü ildən Mədinə əz-Zəhra arxeoloji ərazisi İspaniyanın milli mədəniyyət abidəsi elan edilib. Əl-Məqqari kimi tarixçilər şəhərin adının etimologiyası ilə bağlı bildirirlər ki, Mədinə əz-Zəhra sarayı III Əbdürrəhmanın sevimli cariyəsinin adı ilə bağlıdır və girişdə onun heykəli vardır. Şəhərdə heykəllərin olmasına baxmayaraq, Merian Barrukan belə bir heykəlin mövcud olmadığını iddia edir. Digər tərəfdən, Feliks Arnold daha sadə bir izah təqdim edərək, şəhərin adının həm də "parlayan şəhər" və ya "parlaq" mənasında olduğunu deyir.
Günah ulduzlarımızdadır (film, 2014)
Günah ulduzlarımızdadır (ing. The Fault in Our Stars) — 2014-cü ildə ABŞ yazıçısı Con Qrinin eyniadlı əsəri əsasında rejissor Coş Bun tərəfindən çəkilmiş dram və melodram janrlı film == Məzmun == 16 yaşlı Hazel Qreys Lançester 3 ildir tiroid xərçəngindən əziyyət çəkir. Xəstəlik artıq ağciyərlərinədə yayıldığı üçün həmişə yanında oksigen balonu gəzdirir. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaradılmış dəstək qurupunda seanslara gedərkən Aqustus Vaters adlı gənc bir oğlanla tanış olur. O da bir vaxtlar beyin şişi xəstəliyindən müalicə almış və ayağının birini itirmişdir. Bu iki cütlük bir müddətdən sonra bir-birlərinə aşıq olurlar. Xəstəliyə görə xəstəxanada yatan Hazelin yanından heç ayrılmayan Auqustus onun həmişə iştəmiş olduğu arzusunu reallaşdırmaq üçün onunla birgə səyahətə çıxır. Məqsəd isə, Amsterdama gedərək Hazelin ən çox sevdiyi yazıçı Piter van Houteni tapmaqdır. == Rollarda == Şeylin Vudli — Hazel Qreys Lankaster Lili Kenna — Hazelin uşaqlığı Ansel Elqort — Aqustus Vaters Nat Volff — İsaak, Aqustusun görmə qüsurlu dostu Laura Dern — Frenni Lankaster, Hazelin anası Sem Trammel — Maykl Lankaster, Hazelin atası Uilyam Dafoe — Piter van Houten Lotte Verbik — Lidewic Vlieqenthart, Piterin assistantı Mayk Birbiqlia — Patrik Emili Piçer — Monika Emili Biç — Monikanın anası Karole Veyers (səs) — Enn Frank == Premyerası == Filmin premyerası 2014-cü ilin 2 iyun tarixində 300-dən artıq qonağın iştirakı ilə Nyu-Yorkun Ziegfeld teatrında baş tutdu. Kitabın müəllifi Qrin veriyi açıqlamasında bildirib: "Mən kitabın ekranlaşdırılmasına icazə vermək istəmədim.
Birinci Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. == Xronoloqiya == 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Deyr əz-Zor mühafazası
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor mühafəzəsi
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor vilayəti
Deyr əz-Zövr vilayəti — Osmanlı İmperiyası tərkibində, 1857–1917–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Deyr əz-Zövr şəhəri idi.
Əz-Zaviyə uğrunda döyüş
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Əz-Zubeyr Rəhma Mansur
Əz-Zubeyr Rəhma Mansur həmçinin Sebehr Rəhma və Rəhma Zubeyr (ərəb. الزبير رحمة منصور‎; 1830 – 1913) — XIX əsrin sonlarında yaşayan sudanlı ərəb qul taciri, daha sonra paşa və Sudanlı məmur. General Çarlz Qordonun düşməni kimi şöhrəti ona İngiltərədə demək olar ki, mistik bir status qazandırdı, burada o, "ən zəngin və ən pis", "quldarların kralı" kimi xatırlanır. Əz-Zubeyr Rəhma Mansur 1830-cu ildə Sudanda anadan olub. Rəhma Şimali Sudanın ərəb qəbiləsi olan Gemaab Ja-alin qəbiləsindən idi. O, 1856-cı ildə kiçik bir ordu ilə Xartumu tərk edərək, qul ticarəti və fil sümüyü ticarəti ilə məşğul olmağa başladı. Bunun üçün o, seriblər kimi tanınan ticarət qalaları şəbəkəsi qurmuşdu. 1871-ci ildə, hakimiyyətinin ən güclü vaxtında alman səyahı və alimi Georg Şeinfurt Rəhmanı ziyarət etdi. Şeinfurt onun sarayını "şahzadəninkindən bir az kiçik" kimi təsvir edib. İki il sonra o, illik fil sümüyü vergisi müqabilində Bəhr əl-Qəzalın qubernatorluğuna layiq görüldü.